We use cookies and other technologies on this website to enhance your user experience.
By clicking any link on this page you are giving your consent to our Privacy Policy and Cookies Policy.

Rəbbin Dərgahında 屏幕截图

关于Rəbbin Dərgahında

在Dərgahbarəsində的Rəbb祈祷乌斯塔德阿密斯巴Yəzd是söhbətlərindənseçmələ

Rəbbin Dərgahında, Rəhman və Rəhim Allahın adı ilə

“Bəndələrim səndən Mənim yaxınlığım və uzaqlığım barədə soruşduqda bilsinlər ki, Mən onlara yaxınam. Hər kim Məni çağırarsa onun duasını qəbul edərəm.” .

İnsan öz həyatının eniş-yoxuşlarında, acılı-şirinli hadisələrində bə`zən elə bir ruhi sıxıntıya düşür ki, heç bir maddi vasitə ilə sakitlik tapmır. Bütün imkanlıların imkanını, sərvətlilərin sərvətini və dünyəvi ləzzətlər üçün olan vasitələrin hamısını onun ixtiyarında qoysalar belə, ruhi sıxıntısından zərrəcə azalmaz.

Belə bir halda insan ürək sözlərini demək üçün ən yaxın dostunun, özü üçün ən əziz olan şəxsin sorağına gedir. Bə`zən isə heç kəsi məhrəm və e`tibarlı saymayaraq tənhalığın bir küncündə öz-özü ilə pıçıltıya qapılır. Bütün hallarda sakitlik və şəfa üçün yeganə yol məhbub ilə ünsiyyət və mə`şuq yanında qəlb süfrəsini açmaqdır.

Əgər insan pisliklərə aludə halda günah çirkabı səbəbindən qəm-qüssə və qəlb sönüklüyünə düçar olub özünə nifrət edərsə, hara sığınmalı və kiminlə dərdləşməlidir? Məhz bu məqamda insan bütün paklıq və yaxşılıqların qaynağı, məhəbbət və səfa yaradanı olan xaliqinə pənah aparıb Onunla ünsiyyət məclisinə qatılmalı, Onun eşqi və zikri ilə sakitlik tapmalıdır.

Zəlil bir bəndənin öz əziz Mə`budu qarşısında duraraq, aludə canını Onun söhbəti çeşməsində təmizləməsi və təlatümlü ruhunu O bir olanın zikri ilə aram etməsindən üstün bir ləzzət varmı?! Bu, duanın ən üstün və ən gözəl bəhrəsidir!

Avam dilində duanı “bəndənin tələbi və istəyi” kimi təfsir edirlər. Lakin duanın həqiqi mə`nası belədir: “Aşiq bəndə tərəfindən məhbubun çağırılması, onun mə`şuq ilə xəlvətdə qalması və onun haqq axtaran ariflər məqamı ilə sirdaşlıq və qonşuluq etməsi”.

Zəlil və alçalmış bəndə öz günahla dolu qəlb evini paklıq və yaxşılıqlardan uzaq gördükdə dost və mə`şuqun məclisinə qovuşmaq üçün daha yaxın bir yol axtarır. O hansı xəlvət guşədə öz mə`budunu tapa bilər? O heyrət içindədir. Bu an nida olunur: “Şübhəsiz, Mənəm yaxın.” .

Həqiqətən də, Onunla yoldaşlıqda heç bir fasilə yoxdur: “Biz ona şah damarından da yaxınıq.”

Bəndə belə bir halla haqqa yaxınlığa çataraq Onun məclisinə bir addım yaxınlaşarsa, bu an Mə`bud onu sevər və bu bəndə haqqın məhbubu olar; nida gələr: “Mənim çağırışımı qəbul etsinlər və Mənə iman gətirsinlər.”

Ümid edirik ki, biz də dua məclisinə qovuşmuş ariflərdən olaq və haqqın hüzurunda Onun zatından başqasını istəməyək. Haqqı tanıma bəndənin ibadətinin ən üstün qəbul dərəcəsidir.

Qarşınızdakı kitab Ustad Misbah Yəzdinin dua barəsindəki söhbətlərindən seçmələrdir.

Bu məcmuə üç hissədən ibarətdir. Birinci hissə dua barəsində ümumi mövzulara aiddir. Bu hissə ustadın dua barəsindəki söhbətlərindən tərtib edilmişdir.

Çərəkə By Gajiyev Azərbaycan İslam Dualar Ayətül Kürsi Gəncə

最新版本2.0更新日志

Last updated on 2016年06月12日

- Arxa Fon Dəyişdirildi
- Hərflərin Ölcüsü Böyüdüldü
- İnstagram səhifəmiz əlavə olundu

翻译中...

更多应用信息

最新版本

请求 Rəbbin Dərgahında 更新 2.0

上传者

Jeric Reyes Tabirara

系统要求

Android 2.1+

更多
订阅APKPure
第一时间获取热门安卓游戏应用的首发体验,最新资讯和玩法教程。
不,谢谢
订阅
订阅成功!
您已订阅APKPure。
订阅APKPure
第一时间获取热门安卓游戏应用的首发体验,最新资讯和玩法教程。
不,谢谢
订阅
成功!
您已订阅我们的邮件通知。